İsveçrə hökuməti qondarma “erməni soyqırımı”na abidə qoyulması təklifini rədd edib
- 10.12.2014, 11:55,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İsveçrə hökuməti bu ölkədəki erməni diasporunun qondarma “erməni soyqırımı”na abidə qoyulması təklifini rədd edib.
APA-nın “Doğan” Xəbər Agentliyinə istinadən xəbərinə görə, İsveçrə Xarici İşlər Nazirliyi tələbin rəddinə dair qərarını Cenevrə kantonunun hökumətinə göndərib.
Qeyd edək ki, İsveçrədəki erməni diasporu Cenevrədəki BMT parkında - “Ariana Park”da qondarma “erməni soyqırımı”na abidə qoyulmasını təklif edib. Nazirliyin açıqlamasında bildirilib ki, erməni diasporu təklifində israr edərsə, Cenevrə kantonunun hökuməti abidənin şəhərin başqa yerində qoyulmasına qərar verə bilər.