“Qarabağ”ın vitse-prezidenti: “Sona qədər mübarizə aparacağıq” - MÜSAHİBƏ
- 12.12.2014, 21:05,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Uzun şərhə ehtiyac yoxdu. Biryerdə videoya baxdıq. Mən dünən oturduğum yerdən yaxşı görmədim. Dünən dedim ki, epizoda klub olaraq baxıb qiymət verəcəyik. Bu günkü texnologiya imkan verir ki, epizodu düz qiymətləndirək. Dünən biz “İnter”i 1:0 hesabı ilə məğlub etdik. Amma hakimin səhv qərarı ilə bu qələbə əlimizdən alındı”. Live.az-ın APA-ya istinadn verdiyi məlumata görə, bu sözləri “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl deyib.
Avropa Liqasının qrup mərhələsi çərçivəsində dünən keçirilən “Qarabağ” – “İnter” matçı ilə bağlı bu gün mətbuat konfransı keçirilib. Tədbirdə Tahir Gözəllə yanaşı, klubun icraçı direktoru Əmrah Çəlikəl və AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov iştirak edib. Vitse-prezident çıxışı zamanı hakimlikdən kəskin narazılığını bildirib: “Xaqani Məmmədovla da məsləhətləşdik. “Qarabağ”ın vurduğu qol təmiz qol idi. Biz dekabrın 15-də Niona püşkə getməli idik. Mən həmin günü həsrətlə gözləyirdim. Amma alınmadı”.
Gözəl etirazlarını UEFA-ya bildirəcəklərini açıqlayıb: “UEFA-nın hədəfi doğrudu. Biz də güman edirik ki, hakimin səhvini onlar təsdiqləyəcəklər. Bu nəticəni dəyişməsə də, mənəvi cəhətdən önəmlidi. Klub rəhbəri kimi məqsədim rəqabətpərəst ruhu ilə həyata davam etməkdi. İstəmirəm ki, bu məsələnin üzərində çox dayanaq. Çünki futbolçuların da əhvalı korlanır. Amma tarixi qələbə əlimizdən alındı. Həyat davam edir. Siz “Qarabağ”ın təsislərinin şahidi olmusuz. Biz investiyalarımıza davam edəcəyik. Bu uğuru bir daha təkrarlamaq üçün əlimizdən gələni edəcəyik. İnanıram ki, UEFA bir daha belə səhvlə üzləşməyəcəyimiz üçün diqqətli olub, daha güclü, ədalətli hakimlər göndərəcək. Bir yandan da fikirləşirik ki, bu cür açıq səhv necə buraxıla bilər. Bunu bilirəm ki, dünənki oyun “Qarabağ”ın 1:0 hesabı ilə nəticələndi”.
- UEFA-nın əsasnaməsində hansı məqamlara görə etiraz etmək olar, bu var. Dünənki oyunun vaxtı da tam oynanılmadı. Buna görə etiraz edib, nəyəsə nail olmaq olar. 4 dəqiqə tamamlanmış oyun keçirilə bilərmi?
- Biz həmin məsələyə görə, sona qədər gedəcəyik. Etirazı mütləq edəcəyik. Bu oyuna gəlmək böyük əziyyət tələb edir. Azərbaycan çempionu olmaq üçün 1 il vaxt lazımdı. Sonra burda oynamaq hüququ qazanırsan. Belə bir görüşdə haqqımızın TAPdalanması çox ağırdı. Biz şikayətimizi edəcəyik. Mən əsas arzum odu ki, bu hal bir daha təkrarlanmasın və UEFA bunun üçün tədbirlər alsın. Təbii ki, belə hal "İnter"in xeyrinə olsaydı, daha böyük ajiotaj olardı. Biz bu etirazı Avropada da səsləndirməliyik.
- 1996-cı il Olimpiya oyunlarında belə bir hal güləşçimiz Namiq Abdullayevin başına gəlmişdi. Bakıya gələndə Heydər Əliyev ona gümüş yox, qızıl medala görə mükafat verdi. Dediyiniz kimi, “Qarabağ”ın halal qələbəsi əlindən alındı. Bu layiqli oyuna görə futbolçulara mükafat veriləcəkmi?
- Dünənki qələbə statistikada qalmayacaq. Amma bizim ürəyimizdə həmişəlik qalacaq. Mən öncəliklə qışda, soyuqda, “Qarabağ”ın bütün oyunlarında gələn azarkeşlərə, Azərbaycan xalqına təşəkkürümü bildirirəm. Qoy, bu qələbə, bizim ürəyimizdə qalsın. Qaldı ki mükafat məsələsinə, “Qarabağ” Avrokubok oyunlarındakı uğurlarına görə həmişə gəlir əldə edib və biz bunu futbolçularla bölmüşük. Bizim borcumuz klubun büdcəsini ən layiqli şəkildə xərcləməkdi. İclasdan sonra klubun bazasını görəcəyik. Özünüz də görəcəksiniz ki, biz pulu boş yerə xərcləmərik. Qurban müəllimlə görüşümüz olacaq. Bizim aramızda mənəvi söhbət var. Bundan sonrakı hədəflərimizə uyğun olaraq, bir yerdə qərar verəcəyik. Bu məsələni öz aramızda həll edəcəyik.
- “Qarabağ”ın siyasi amillərə görə qrupdan çıxa bilmədiyini düşünürsüzmü?
- Mənim üçün bunu qəbul etmək ağırdı. Amma sübut üçün əlimizdə bir şey yoxdu. Mən ilk olaraq da dedim ki, həmin epizodda dəqiq görə bilmədim. Sonra analiz edib, fikrimizi qətiləşdirdik. Mən istəyirəm ki, “Qarabağ”ın UEFA ilə əlaqələri çox peşəkar səviyyədə olsun. Amma sadə bir epizodda bu qərarın qəbul edilməsi insanın beynini qarışdırır.