Yol polisi narkotik maddə qəbul edərək sərxoş vəziyyətdə avtomobil idarə edən 6 nəfəri saxlayıb
- 13.12.2014, 16:49,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ağdaş və Yevlaxda keçirilən reydlər zamanı qayda pozan sürücülər tibbi müayinəyə cəlb edilərkən onlardan 6 nəfərin narkotik maddə qəbul edərək sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyi müəyyən olunub.
Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi, polkovnik Ərəstun Məcidov APA-nın yerli bürosuna bildirib ki, narkotik sərxoşluğunu müəyyən etmək üçün yol polislərinə narkotestr verilib. Həmin cihazlar vasitəsilə sürücülər müayinə edilir.
İki gün ərzində keçirilən reyd zamanı 90-HV-178 dövlət nömrə nişanlı, “QAZ 3302” markalı avtomobilin sürücüsü, Yevlax sakini, 1953-cü il təvəllüdlü Məsim Məsimov, 90-VM-068 dövlət nömrə nişanlı, “BMW X-5” markalı avtomobilin sürücüsü, Ağdaş sakini, 1971-ci il təvəllüdlü Qurban Həmidov, 10-GV-933 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı maşının sürücüsü, Ağsu sakini, 1977-ci il təvəllüdlü Kənan Dəmirli, 01-BG-807 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı maşının sürücüsü, Qəbələ sakini Fərman Fərmanov, 99-DM-698 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı maşının sürücüsü Ağdaş sakini Azər Paşayev və 44-BK-822 dövlət nömrə nişanlı, “Mercedes” markalı maşının sürücüsü, Yevlax sakini Cami Babayevin narkotik maddə qəbul etdiyi müəyyən olunub.
Onlar tutularaq Ağdaş və Yevlax rayon Polis Şöbələrinə təhvil verilib.
Həmin sürücülər bir il müddətinə sürücülük hüququndan məhrum edilib.
Faktla bağlı araşdırma aparılır.