UEFA Avropa Liqasının 1/16 final mərhələsinin püşkatması keçirilib
- 15.12.2014, 19:10,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Futbol üzrə UEFA Avropa Liqasında 1/16 final mərhələsinin püşkatması keçirilib.
APA-nın xəbərinə görə, püşkatmanın nəticələri belə olub:
“Yanq Boyz” (İsveçrə) – “Everton” (İngiltərə)
“Torino” (İtaliya) - “Atletik” (Bilbao, İspaniya)
“Sevilya” (İspaniya) – “Borussiya” (Mönhenqladbax, Almaniya)
“Volfsburq” (Almaniya) – “Sportinq” (Portuqaliya)
“Ayaks” (Hollandiya) – “Legiya” (Polşa)
“Olborq” (Danimarka) – “Brügge” (Belçika)
“Anderlext” (Belçika) – “Dinamo” (Moskva, Rusiya)
“Dnepr” (Ukrayna) – “Olimpiakos” (Yunanıstan)
“Trabzonspor” (Türkiyə) – “Napoli” (İtaliya)
“Genqam” (Fransa) – “Dinamo” (Kiyev, Ukrayna)
“Vilyareal” (İspaniya) – “Zalsburq” (Avstriya)
“Roma” (İtaliya) – “Feyenoord” (Hollandiya)
PSV (Hollandiya) – “Zenit” (Rusiya)
“Liverpul” (İngiltərə) – “Beşiktaş” (Türkiyə)
“Tottenhem” (İngiltərə) – “Fiorentina” (İtaliya)
“Seltik” (Şotlandiya) – “İnter” (İtaliya).
İlk matçlar 2015-ci il fevralın 19-da, cavab oyunları fevralın 26-da keçiriləcək.