Rusiyada dolların məzənnəsi tarixdə ilk dəfə olaraq 63 rubla çatıb
- 16.12.2014, 08:11,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya rublu antirekord vurmaqda davam edir.
APA-nın verdiyi məlumata görə, axşam saatlarında Moskva birjasında xarici valyuta bahalaşıb. 1 ABŞ dolları 4,85 rubl bahalaşaraq 63,03 rubla bərabər olub. 1 avro isə axşam saatlarında 78,48 rubla satılıb.
Qeyd edək ki, dünya bazarında qara qızılın sürətlə ucuzlaşması, Ukraynadakı böhran, Qərbin Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalar milli valyuta olan rublun dəyərini itirməsinə səbəb olub.