Oqtay Əsədov Azərbaycanın Krıma tətbiq edilən sanksiyalara qoşulmamasının səbəbini açıqlayıb
- 16.12.2014, 19:11,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“ABŞ Konqresi Gürcüstana 75, Ermənistana 25 milyon, Azərbaycana isə 23 milyon dollar yardım ayırıb.
Bu illər ərzində isə Ermənistana ayrılan yardım 2 milyard, Qarabağ separatçılarına ayrılan yardım isə 83 milyon dollardan artıq olub”.
APA-nın məlumatına görə, bunu parlamentin bugünkü iclasında çıxış edən deputat Zahid Oruc deyib.
Deputat bildirib ki, ABŞ bu yardımı kəssə, Qarabağ probleminin həllinə yardımçı olar: “Mən Avropa Birliyi və ABŞ-a müraciət edirəm ki, Ermənistana və Qarabağa yardımı dayandırsın, deputatların səfərlərinə qadağa qoysun”.
Deputat bildirib ki, Azərbaycan parlamenti də Avropa Parlamentinə müraciət edərək, avropalı parlamentarilərin separatçı rejimin nəzarətində olan Azərbaycan ərazilərinə əfərinə birdəfəlik qadağa qoyulmasını tələb etməlidir.
Spiker Oqtay Əsədov isə deyib ki, artıq Avropa Parlamentinə belə müraciət edilib.
O. Əsədov həmçinin bildirib ki, Azərbaycan Ukrayna məsələsində də bu ölkənin ərazi bütövlüyünü dəstəkləyib, amma Krıma qarşı sanksiyalara qoşulmayıb: “Çünki eyni sanksiyaların separatçı Dağlıq Qarabağ rejiminə da tətbiq olunmasını tələb edirik”.