Obama Kuba ilə diplomatik münasibətlərin bərpasını bəyan edib

ABŞ prezidenti Barak Obama rəsmi olaraq Kuba ilə diplomatik və iqtisadi münasibətlərin bərpasını bəyan edib.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, dövlət başçısı qeyd edib ki, bu, son 50 il ərzində ABŞ-ın xarici siyasətində ən əhəmiyyətli dəyişiklikdi.

Bundan əvvəl ABŞ administrasiyasının rəsmisi xüsusi brifinqdə Kuba ilə diplomatik münasibətlərin bərpa ediləcəyini bildirmişdi. Öz növbəsində, rəsmi Moskva bu addımı alqışlayıb. “Biz bu niyyətlər barədə məlumatlandırılmışdıq və bu addımı yalnız alqışlaya bilərik”, deyə diplomatik mənbə bildirib.
Şərhlər
Dünya bölməsinin xəbərləri