Ceyms Uorlik: “Almaniyanın bizimlə fikir mübadiləsinə qoşulmasını yüksək qiymətləndiririk”

“Almaniyanın ATƏT-in Minsk Qrupunun üzvü kimi fikir mübadiləsinə qoşulmasını yüksək qiymətləndiririk”.

Bunu APA-nın sorğusuna cavab olaraq ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

“Həmsədrlər ötən həftə alman həmkarları ilə Dağlıq Qarabağ münaqişəsinə dair məsləhətləşmələr aparmaq üçün Berlinə səfər etmişdilər. Biz Almaniyanın ATƏT-in Minsk Qrupunun üzvü kimi bu prosesi irəliyə aparmaq məqsədilə Minsk Qrupunun nümayəndələrinin fikir mübadiləsinə qoşulmasını yüksək qiymətləndiririk”, – deyə diplomat söyləyib.

C. Uorlik bildirib ki, Minsk Qrupunun həmsədrləri danışıqların davam etdirilməsini istəyir: “Münaqişənin uzunmüddətli nizamlanması məqsədilə tərəflərin bir araya gəlməsini və danışıqların davam etdirilməsini səbirsizliklə gözləyirik”.
Şərhlər
Siyasət bölməsinin xəbərləri