Xırdalanda 12 mərtəbəli yaşayış binasında yanğın olub, 30 sakin təxliyə olunub
- 21.12.2014, 12:58,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı-APA. Xırdalanda ötən gün axşam saatlarında yanğın hadisəsi qeydə alınıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Abşeron rayonu, Xırdalan şəhərində 12 mərtəbəli yaşayış binasında baş verib. Nəticədə binanın 1-ci mərtəbəsindən 12-ci mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 250 p.m yanıb. Yanğın zamanı mənzillərdən 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 20:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.