Abşeron yarımadası üzrə aparılan yeni tədqiqatların nəticəsi açıqlandı
- 21.12.2014, 13:02,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda ilk dəfə aparılmış tədqiqatlar nəticəsində Abşeron yarımadasında hansı elementlərin səciyyəvi olduğu və ya mənfi anomaliyalara gətirib çıxartdığı öyrənilib.
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutundan Trend-ə verilən məlumata görə, ilk dəfə olaraq Abşeron yarımadası geokomplekslərində Na, Ca, S, Cl, Sn, B, Mo, Pb, Tb, Pd kimi elementlərin daha səciyyəvi olduğu müəyyən edilib. Na, Ca, S, Cl ərazi üçün tipomorf olub, landşaftda geokimyəvi cəhətdən daha mütəhərrikdir. Neftlə çirklənmiş landşaftlarda S, Cl, Ag, İn, Pl, Mo, Sn və s. mikroelementlərin izafi və Cr, Ba, Ti, Mn elementlərinin isə mənfi anomaliyaları aşkar edilib. Bu tədqiqatlar nəticəsində Abşeron yarımadasının diaqnostik yükdaşıyan irimiqyaslı rəqəmsal landşaft və landşaft-geokimyəvi xəritələri tərtib olunub.
Bununla yanaşı, ilk dəfə CİS mühitində kompleks yanaşma metodu ilə geosistemlərin struktur genetik komponentləri tədqiq edilib. Landşaftların təbii resurs potensialı müəyyən olunub, landşaft-ekoloji karkas və müvafiq irimiqyaslı xəritə tərtib edilib.