Bakıda faciəvi hadisə: 2 nəfər hamamda öldü
- 22.12.2014, 12:42,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Hər iki şəxsin dəm qazından
boğulduğu bildirilir
Bakıda ölümlə nəticələnən bədbəxt
hadisə baş verib. Lent.az-ın
məlumatına görə, Suraxanı rayonu
Bülbülə qəsəbəsində kirayədə
yaşayan 1976-cı il təvəllüdlü
Hacızadə İlham Sabir oğlu dəm
qazından boğulub. O, yaşadığı evin
həyətindəki hamamda qazdan
zəhərlənib və hadisə yerindəcə
keçinib.
Oxşar hadisə Qaradağ rayonunda da
qeydə alınıb. Dekabrın 22-nə keçən
gecə Lökbatan qəsəbə, 1-ci yaşayış
massivində yaşayan 1990-cı il
təvəllüdlü Həsənov Amil Qazıbek
oğlu hamam otağında dəm
qazından boğulub. 24 yaşlı oğlanın
meyiti yaxınları tərəfindən
aşkarlanıb və hüquq-mühafizə
orqanlarına məlumat verilib.
Hər iki faktla bağlı araşdırmalar
aparılır.