ABŞ-ın Rusiya və postsovet respublikalarındakı səfirlikləri məxfi informasiya saxlancları ilə təchiz ediləcək

ABŞ Dövlət Departamenti Rusiya və
postsovet respublikalarındakı
səfirlikləri məxfi informasiyanın
xüsusi saxlanclarla təmin etməlidir,
habelə Moskvadakı diplomatik
nümayəndəliklərində yuxarı
vəzifələrə yalnız ABŞ vətənaşlarını
təyin etməlidir.

APA-nın TASS-a istinadən verdiyi
məlumata görə, bu tələblər ABŞ
Konqresinin qəbul etdiyi və
prezident Barak Obamanın
imzaladığı qanun layihəsində yer
alıb.

Sənəddə qeyd olunub ki, ABŞ-ın
Rusiya və keçmiş SSRİ
respublikalarındakı diplomatik
nümayəndəliklər informasiya
saxlanılması üçün xüsusi yerlərlə
təchiz olunmalıdır.

Qanun layihəsində həmçinin ABŞ-ın
mərkəzi icra strukturlarına ölkənin
kəşfiyyat və hüquq-mühafizə
orqanlarının Ukraynanın müvafiq
qurumları ilə əməkdaşlığını
genişləndirmək tapşırığı əks olunub.
Şərhlər
Hadisə bölməsinin xəbərləri