Bakıda 27 yaşlı kişi bacısını boğaraq öldürüb


Bakıda dəhşətli qətl hadisəsi baş verib.

Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Şüvəlan qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Tofiq Qədimov aralarında yaranan münaqişə zəminində bacısı, 1989-cu il təvəllüdlü Ramiləni boğaraq öldürüb.

Hadisəni törədən T. Qədimov tutulub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri