Yol polisindən sürücülərə ksenon lampalarla bağlı ciddi xəbərdarlıq
- 25.12.2014, 19:22,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Yol hərəkəti haqqında” Qanunun tələbinə əsasən, standarta uyğun olmayan ksenon lampaların quraşdırıldığı avtomobillər yol hərəkətindən kənarlaşdırılacaq. Sürücülər barəsində isə ciddi tədbirlər görüləcək. İstehsalçı zavodun müəyyən etdiyi tələblərin pozulmasına görə sürücülər məsuliyyətə cəlb edilirlər. Bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.
Bölmə rəisi bildirib ki, paytaxtda günün qaranlıq saatlarında baş vermiş yol qəzalarının təhlili göstərir ki, hadisələrin baş verməsinin əsas səbəblərindən biri də avtomobillərə qoyulan ksenon lampalar və onlardan düzgün istifadə edilməməsidır. Hətta kseonon lampalara görə bu ilin əvvəlindən 8 avtomobilin hərəkət edərkən və ya dayanmış halda yanması halı da qeydə alınıb: “Söhbət standarta uyğun olmayan ksenon lampaların avtomobillərə quraşdırılmasından gedir. Bəzən avtomobillərə Çin istehsalı olan, keyfiyyətsiz, standarta uyğun olmayan ksenon lampalar quraşdırılır ki, bu da avtomobilin elektrik sistemində naqillərin qızmasına və sonda yanğına səbəb olur. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bütün avtomobil sürücülərinə və sahiblərinə müraciət edərək bildirir ki, qeydə alınan yol-nəqliyyat hadisələrinin təhlilinə əsasən, standarta uyğun olmayan, keyfiyyətsiz, avtomobili istehsal edən zavod tərəfindən nəzərdə tutulmayan lampaların avtomobillərə quraşdırılması və istifadə edilməsi xoşagəlməz hallarla nəticələnə bilər. Bu, nəticədə həmin avtomobil sahibləri və sürücülərinin, eləcə də yol hərəkətinin digər iştirakçılarının həyatına təhlükə yaradır”.