Xoşqədəm və Doğuşun toyundan görüntülər
- 25.12.2014, 22:46,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Doğuş həyat yoldaşı üçün məşhur “Kal benim için” mahnısını ifa edib.
Bu gün tanınmış aparıcı Xoşqədəm Hidayətqızının türkiyəli müğənni Doğuşla Bakıda toy mərasimi keçirilir.
Life.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, mərasim Kempinski otelində qeyd edilir. Toyu müğənni Cavanşir Məmmədov, şoumen Murad Dadaşov idarə edir.
Mərasimdə çıxış edən aparıcı xoşbəxt olduğunu bildirib və göz yaşlarını saxlaya bilməyib.
“Bu gün çox xoşbəxtəm. Çox əziyyətlər çəkmişəm. Ulu öndərin sayəsində təhsil aldım. Bu günü toy kimi qələmə verməyin, bu gün dostlarımıza ürək sözlərimizi demək istədim. Bu gün yazılmışdı ki, oğlum burada iştirak etməyəcək, bu cür xəbərlər məni üzür. Oğlum xaricdə təhsil alır. Bir azdan burda olacaq. Mən oğlumu əziyyətlə böyütmüşəm, Allah heç kimi böyüksüz etməsin”.
Doğuş həyat yoldaşı üçün məşhur “Kal benim için” mahnısını ifa edib.