General Nizam Osmanov vəzifəsindən azad olunaraq, Müdafiə Nazirliyində Baş İdarə rəisi təyin edilib
- 06.01.2015, 01:26,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Silahlı Qüvvələrinin Ordu Birliyinin komandiri, general-leytenant Nizam Osmanov vəzifəsindən azad olunub.
APA-nın məlumatına görə, onun yerinə general-mayor Hikmət Həsənov təyin edilib.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
“Silahlı Qüvvələrdə planlı surətdə həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, birlik komandiri vəzifəsinə general-mayor Hikmət Həsənov təyin olunub. Əvvəllər həmin vəzifədə xidmət etmiş general-leytenant Nizam Osmanov isə Müdafiə Nazirliyində Baş İdarə rəisi vəzifəsinə təyin olunub”, – deyə mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib.