Bakının mərkəzindəki amansız qətllə bağlı yeni təfərrüatlar məlum olub
- 07.01.2015, 01:16,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakının "Sahil bağı" yaxınlığında baş vermiş qətllə bağlı yeni təfərrüatlar məlum olub.
Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qətlə yetirilən Həsən Namiq oğlu Həsənovun yanında başqa bir dostu da olub. Ona da bıçaq xəsarəti yetirilib. Yaralı hazırda Kliniki Tibbi Mərkəzdədir.
Onun şəxsiyyəti məlum olub. Bu 1993-cü il təvəllüdlü Məmmədzadə Orxan Təbriz oğludur.
**** 23.30
Bakının mərkəzində boğazı kəsilən gəncin şəxsiyyəti məlum olub. Səbail rayon prokurorunun köməkçisi Mirfariz Seyidəliyevin APA-ya verdiyi məlumata görə, qətlə yetirilənin şəxsiyyəti müəyyənləşdirilib. Bu, 1989-cu il təvəllüdlü Həsən Namiq oğlu Həsənovdur.
Cinayətin kim tərəfindən törədildiyi isə hələlik məlum deyil. O, qətli törətdikdən sonra hadisə yerini tərk edib.
Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.
**** 21.14
Bu gün axşam saatlarında Bakının mərkəzində qətl hadisəsi baş verib.
APA-nın məlumatına görə, cinayət “Sahil bağı”nın yaxınlığında qeydə alınıb. İlkin məlumata görə, iki gənc arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib. Gənclərdən biri bıçaqla digərinin boğazını kəsib. Hazırda hüquq-mühafizə əməkdaşları hadisə yerində müayinə aparırlar. Qətlə yetirilənin və cinayəti törədənin adları hələlik açıqlanmır.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.