Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda hava şəraitinin kəskin dəyişəcəyi haqqında xəbərdarlıq yayıb

Ekologiya və Təbii
Sərvətlər Nazirliyi Azərbaycanda
hava şəraitinin kəskin dəyişəcəyi
haqqında xəbərdarlıq yayıb.
Nazirliyin mətbuat xidmətindən APA-
ya verilən məlumata görə, Bakıda və
Abşeron yarımadasında yanvarın 7-
si axşamdan başlayaraq hava
şəraitinin kəskin dəyişəcəyi, şimal
küləyinin güclənəcəyi, yanvarın 8-
dən 10-dək fasilələrlə yağıntılı
olacağı, sulu qar və qar yağacağı
gözlənilir.
Yanvarın 8-də havanın
temperaturunun ötən günlə
müqayisədə 10-12 dərəcə aşağı
düşəcəyi, yanvarın 8-i gün ərzində 0
dərəcəyə yaxın, axşama doğru 2
dərəcəyədək şaxta, yanvarın 9-u gün
ərzində 0 dərəcəyə yaxın, yanvarın
9-10-da gecə saatlarında 4
dərəcəyədək şaxta olacağı ehtimalı
var.
Azərbaycanın rayonlarında isə bu
proses yanvarın 7-si günün ikinci
yarısında qərb rayonlarından
başlayacaq. Yanvarın 10-dək hava
şəraiti fasilələrlə yağıntılı olacaq,
sulu qar və qar yağacaq, arabir
intensivləşəcək. Əsasən Kür vadisi
rayonlarında qərb küləyinin
güclənəcəyi, temperaturun kəskin
enəcəyi gözlənilir. Yollar buz
bağlayacaq.
Şərhlər
Sosial bölməsinin xəbərləri