Türkiyəli sürücünün vurduğu piyada 2 gün sonra ölüb
- 28.05.2013, 14:57,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Babək rayonu ərazisində "Hyundai" markalı avtomaşınla vurulmuş rayon sakini ölüb.
Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəsmi məlumatına istinadən xəbər verir ki, mayın 25-də Naxçıvan MR, Babək rayonu ərazisində Türkiyə vətəndaşı Zəkəriyyə Bakir Əsəd oğlu idarə etdiyi "Hyundai" markalı avtomaşınla Babək rayon sakini Aban Abbasovu vurub.
Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Abbasov mayın 27-də orada ölüb.
Faktla bağlı Naxçıvan MR DİN tərəfindən araşdırma aparılır.