Terror hücumu zamanı həlak olmuş “Charlie Hebdo” jurnalının baş redaktoru “Əl-Qaidə”nin “qara siyahısı”nda olub
- 07.01.2015, 21:36,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Fransanın “Charlie Hebdo” jurnalının redaksiyasına terror hücumu nəticəsində ölən baş redaktor və karikaturist Stefan Şarbonye “Əl-Qaidə”nin “qara siyahısı”nda olub.
APA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, terrorçular S. Şarbonyeni Məhəmməd peyğəmbərin karikaturalarını dərc etdiyinə görə hədəfə alıblar.
“Le Parisien” nəşrinin yazdığına görə, redaksiyaya hücum səhər iclası zamanı baş verib. İclasda “Charlie Hebdo” jurnalının bütün əməkdaşları iştirak edib.