Ceyms Uorlik: "ABŞ-ın yeni səfiri Robert Sekutanın Azərbaycana gələcəyi dəqiq tarix hələ dəqiqləşməyib"

ABŞ-ın yeni təyin edilmiş səfiri Robert Sekutanın Azərbaycana gələcəyi dəqiq tarix hələ dəqiqləşməyib.

Bunu APA-ya açıqlamasında ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.

“Dəqiq tarix məlum olan kimi biz bunu elan edəcəyik” - deyə diplomat vurğulayıb.

Xatırladaq ki, 2014-cü il iyulun 8-də Prezident Barak Obama ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin müavini Robert Sekutanın namizədliyini irəli sürüb. Ötən il dekabrın 17-də isə ABŞ Senatı Robert Frensis Sekutanın Azərbaycana səfir təyinatını təsdiqləyib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri