Parisdə “Charlie Hebdo” nəşrinin redaksiyasına hücumla bağlı 9 nəfər saxlanılıb
- 09.01.2015, 00:55,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Parisdə “Charlie Hebdo” həftəlik nəşrinin redaksiyasına hücumun istintaqı çərçivəsində 9 nəfər saxlanılıb.
APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Fransanın daxili işlər naziri Bernar Kaznev bildirib.
“Hazırda 9 nəfər saxlanılıb”, deyə o Parisdə keçirilmiş mətbuat konfransında bildirib.
Bundan əvvəl 7 nəfərin saxlanıldığı bildirilirdi.
Qeyd edək ki, yanvarın 8-də silahlılar “Charlie Hebdo” nəşrinin redaksiyasına hücum edərək ofisdə olanlara atəş açıblar. Nəticədə 12 nəfər ölüb, 11 nəfər yaralanıb. Cinayəti törətməkdə 3 nəfər şübhəli bilinir – 34 yaşlı Şərif və 32 yaşlı Səid Kuaşi qardaşları və 18 yaşlı Həmid Muraddır. Sonuncu sonradan polisə təslim olaraq alibi olduğunu bildirib.