AZAL təyyarələrində tütün məmulatlarından istifadəyə qadağa qoyub
- 09.01.2015, 19:47,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin bütün aviareyslərində siqaret, qəlyan, siqar və elektron siqaret qurğularından istifadə qadağan edilib.
APA-nin AZAL-a istinadən verdiyi məlumata görə, həmçinin elektron siqaret qurğularının qeydiyyata alınmış baqajda daşınmasına yol verilmir. Belə qurğuların sərnişinin əl çantasında daşınması tələb olunur.
Həmçinin bütün hallarda litium-metal batareyaların (UN 3090) AZAL-ın təyyarələri ilə yük və ya baqaj kimi daşınması qadağan edilib. Litium-metal batareyalar (bir dəfə istifadə olunan (enerji toplamayan) batareyalar) xüsusi avadanlığın daxilində və ya avadanlıqla birlikdə daşınan zaman (UN 3091) IATA-nın təhlükəli yüklərin daşınması qaydalarına uyğun olaraq daşınmaya hazırlanmalıdır.