Fransada terror aktında şübhəli bilinənlər öldürüldü

Fransada "Charlie Hebdo" nəşrinin redaksiyasına hücum etməkdə şübhəli bilinən Kuaşi qardaşları öldürülüb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, terrorçular Dammarten şəhərində təhlükəsizlik orqanlarının həmləsi nəticəsində öldürülüb.

Qardaşların götürdükləri girovların azad edildiyi bildirilir.

Xatırladaq ki, ötən gün Parisin 11-ci dairəsində yerləşən "Charlie Hebdo" satirik nəşrinin ofisi avtomat silahlardan atəşə tutulub. Hadisə nəticəsində 12 nəfər ölüb, 20-dən çox şəxs xəsarət alıb. Onlardan 4-nün vəziyyəti ağırdır. Ölənlərin ikisi polis, 4-ü isə jurnalın rəssamı olub.

"Charlie Hebdo" həftəlik jurnalının redaksiyasının atəşə tutulması ilə əlaqədar Fransanın paytaxt regionunda terror təhlükəsi səviyyəsi ən son həddə çatdırılıb.

Qeyd edək ki, bundan əvvəl “Charlie Hebdo” jurnalı Məhəmməd peyğəmbərin karikaturalarını dərc etmişdi.
Şərhlər
Dünya bölməsinin xəbərləri