Azərbaycanda ötən il uşaqlara ən az hansı adların qoyulduğu açıqlanıb

Azərbaycanda ötən il uşaqlara qoyulan adlar arasında populyarlıq qazanmayan adların siyahısı açıqlanıb.

Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, ötən il doğulan oğlan uşaqlarına verilən adlar arasında populyarlıq qazanmayan ad Elgün adı olub. Belə ki, cəmi 235 uşağa Elgün adı verilib.

Oğlan adları arasında üstünlük təşkil etməyən digər adlar isə Röyal (267), İlkin (259), Fuad (284), Sübhan (299) olub.

Qız uşaqlarına verilən adlar arasında üstünlük təşkil etməyən ad isə Arzu adıdır. Belə ki, ötən il doğulan 270 qıza Arzu adı verilib. Üstünlük təşkil etməyən qız adları arasında Gülər (284), Lalə (295), Əsmər (299), Sevinc (321) adları da var.

Qeyd edək ki, ötən il uşaqlara qoyulan adlar arasında Yusif və Zəhra adı üstünlük təşkil edib. Belə ki, ötən il 3967 uşağa Yusif, 3608 uşağa isə Zəhra adı verilib. Həmin adlar son 5 ildə ən çox verilən adlar olub.
Şərhlər
Sosial bölməsinin xəbərləri