Azərbaycan MN: Silahlı Qüvvələr işğalçıların hərəkətinə nəzarət etmək məqsədilə silahlanmada olan istənilən qurğu və vasitələrdən istifadə edib, bundan sonra da edəcək
- 12.01.2015, 18:58,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Müdafiə Nazirliyi erməni mətbuatında bu gün cəbhə xətti üzərində Azərbaycan Silahlı Qüvvələrinə aid pilotsuz uçuş aparatlarının uçuşlarının qeydə alınması barədə yer alan məlumatlara münasibət bildirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan öz suveren ərazilərində ixtiyarında olan istənilən texnikadan - pilotsuz uçan aparatlardan, helikopter, təyyarə, kosmik peyk və digər vasitələrdən istifadə edir.
«Bu məsələ heç kim, o cümlədən də ərazilərimizi işğal etmiş Ermənistan üçün də yeni xəbər deyil. Öz ərazilərimizdə nədən istifadə edib-etməməyi separatçı-marionet rejimdən soruşmaq fikrimiz də yoxdur. İşğalçıların hərəkətinə nəzarət etmək məqsədilə Silahlı Qüvvələr silahlanmada olan istənilən qurğu və vasitələrdən istifadə edib, bundan sonra da istifadə edəcək», - deyə nazirlik bəyan edib.