Azərbaycanda dövlət nömrə nişanlarının baha qiymətə satılması faktı ilə bağlı 5 nəfər saxlanılıb
- 16.01.2015, 14:42,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda dövlət nömrə
nişanlarının baha qiymətə satılması
faktı ilə bağlı 5 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat
xidmətindən APA-ya verilən
məlumata görə, son günlər bəzi
kütləvi informasiya vasitələrində
nəqliyyat vasitələrinə verilən
müxtəlif dövlət qeydiyyat
nişanlarının həddən artıq baha
qiymətə satılması barədə
məlumatlar yayılıb.
Bununla bağlı aparılmış
araşdırmalarla müəyyən edilib ki,
həmin nömrələr ayrı-ayrı fiziki və
hüquqi şəxslərə məxsusdur və
onların belə qanunsuz
sövdələşmələrdən ümumiyyətlə
xəbərləri yoxdur.
Araşdırmalarla o da məlum olub ki,
qeyd olunan nömrələrin satılması
barədə elan vermiş şəxslər əslində
dələduzluq yolu ilə külli miqdarda
qazanc əldə etmək niyyətində
olublar. Həyata keçirilmiş əməliyyat
tədbirləri nəticəsində tanımadıqları
şəxslərin avtomobillərinə təhkim
olunmuş dövlət qeydiyyat
nişanlarını qanunsuz yolla satmağa
cəhd etdiklərinə görə 5 nəfər
saxlanılıb.
Bir daha vətəndaşların diqqətinə
çatdırırıq ki, fiziki və hüquqi şəxslərə
məxsus nəqliyyat vasitələrinin
dövlət qeydiyyat nişanları Baş Dövlət
Yol Polisi İdarəsində və onun
regional qeydiyyat-imtahan və
texniki baxış şöbələrində verilir.