“Qəbələ” UEFA Kubokunun qalibini transfer edib
- 16.01.2015, 22:55,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Antalyada təlim-məşq toplanışını davam etdirən “Qəbələ” digər tərəfdən də transfer çalışmalarını sürətləndirib.
APA-nın məlumatına görə, şimal təmsilçisi bu gün daha bir keçid həyata keçirib.
Bir müddətdi klubun düşərgəsində olan ukraynalı hücumçu Ruslan Fominlə münasibətlər artıq rəsmiləşdirilib. 28 yaşlı futbolçu yeni komandası ilə 6 aylıq müqaviləyə qol çəkib. Fomin “Qəbələ”nin heyətində artıq debüt edib. Belə ki, ukraynalı futbolçu yanvarın 14-də Türkiyə təmsilçisi “Eskişehirspor”la yoxlama görüşündə start heyətində yer alıb.
Son klubu “Çernomorets” olan Fomin Ukraynanın U-19 və U-21 yığmalarının formasını geyinib, həmçinin karyerası ərzində 6 il (2005-2011) Donetsk “Şaxtyor”unun formasını geyinib. Fomin karyerası ərzində 2 dəfə Ukrayna çempionu (2005-06, 2009-10), həmçinin UEFA Kubokunun (2008-09) qalibi olub.
Qeyd edək ki, Fomin “Qəbələ”nin bu qış “Çernomorets”dən transfer etdiyi 3-cü futbolçu olub. Ondan öncə qapıçı Dmitri Bezotosnı ilə 6 aylıq, yarımmüdafiəçi Aleksey Qayla isə 1,5 illik müqavilə imzalanmışdı.