“Sosial sığorta və əhalinin pensiya təminatı haqqında” qanuna dəyişiklik hazırlanır
- 20.01.2015, 11:40,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Sosial sığorta və əhalinin pensiya təminatı haqqında” qanuna dəyişiklik ediləcək.
APA-nın məlumatına görə, bunu jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev deyib.
E. Mehdiyev bildirib ki, fond bununla bağlı müvafiq qurumlarla müzakirələr aparacaq.
“Dəyişikliklər əsasən sosial sığorta prinsiplərinin müəyyənləşməsi, dövlət öhdəlikləri ilə sığorta-pensiya öhdəliklərinin fərqləndirilməsi, eləcə də əhaliyə əlavə pensiya təminatı imkan verən yığım komponentlərinin tətbiqi və sosial pensiya fondlarının fəaliyyətinin təşkili olacaq”, - deyə DSMF sədri qeyd edib.
Onun sözlərinə görə, yeni ildən yeni pensiya alqoritmləri tətbiq olunacaq: “Əlilliyə və ailə başçısını itirməyə görə pensiyalar yeni əsaslarla hesablanacaq. Bu dəyişiklik yalnız yeni pensiyalara aid olunacaq. Hazır ki günə qədər olan pensiyalar isə dəyişməyəcək”.