Bakı-Quba yolunda maşın aşıb, 4 nəfər xəsarət alıb
- 20.01.2015, 18:38,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Bakı-Quba Rusiya Federasiyası dövlət sərhədi yolunda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın verdiyi məlumata görə, hadisə magistralın 93-cü km-də qeydə alınıb.
Quba rayonu, Ağbil kənd sakini 1985-ci il təvəllüdlü Məmmədov Azad Gülağa oğlunun idarə etdiyi 99-AE-240 dövlət nömrə nişanlı “Daewoo” markalı avtomaşın yoldan çıxaraq aşıb.
Qəza nəticəsində sürücü ilə birgə 4 nəfər xəsarət alıb. Onlar 1955-ci il təvəllüdlü Xaçmaz rayonu, Həsənqala kənd sakini Rəsulova Məhəbbət Əmrulla qızı, Bakı şəhər sakini 1972-ci il təvəllüdlü Musayeva Mehbarə Şükür qızı və Qubanın Söhübqışlaq kənd sakini 1957-ci il təvəllüdlü Ərzumanov Fərhad İbrahim oğludur.
Xəsarət alan şəxslər Siyəzən Regional Diaqnostika Mərkəzinə gətirilib.
Faktla bağlı araşdırmalar aparılır.