Bu gün Tofiq Bayramov adına Respublika stadionunda Azərbaycan kubokunun 2012/13 mövsümünə yekun vurulub. Live.az APA-ya isitnadən verdiyi məlumata görə, final görüşdə "Neftçi" və "Xəzər Lənkəran" qarşılaşıb.
Gərgin keçən oyunun əsas vaxtında qalib olunmayıb. Əlavə vaxtda da qalib müəyyənləşməyib. Qalib penaltilər seriyasında bəlli olub.
Penaltilər seriyasında "Neftçi" 5:3 hesabı ilə qalib gələrək Azərbaycan kubokunu qazanıb.
Qeyd edək ki, oyundan sonra futbolçular arasında qalmaqal yaşanıb. Klub rəsmiləri meydana çıxaraq insidentin qarşısını almağa çalışıb. Polislə yanaşı, PFL rəhbərliyi də mübahisənin böyüməsinə imkan verməməyə çalışıb.
Azərbaycan kuboku, final.
“Neftçi” – “Xəzər Lənkəran” - 0:0 penaltilər seriyasında 5:3
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Baş hakim: Əliyar Ağayev
Penaltilər seriyası: Kanales (1:0); Sialmas (1:0); Bertuççi (2:0); Ramazanov (2:1); Flavinyo (3:1); Əmirquliyev (3:2); Şükürov (4:2); Tounkara (4:3); Sadiqov, (5:3)
“Neftçi”: 30. Saşa Stamenkoviç, 3. Denis Silva Kruz, 6. Rəşad Sadiqov (k), 9. Flavio Aleks Valensio, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Fabian Ramos, 16. Bruno Bertuççi, 17. Araz Abdullayev, 22. Mahir Şükürov, 32. Elvin Yunuszadə
Ehtiyat oyunçular: 12. Emil Balayev, 2. Jose Luis Kabion, 4. Tərlan Quliyev, 8. Elşən Abdullayev, 14. Bahodir Nasimov, 19. Mirhüseyn Seyidov, 28. Emin Mehdiyev
Baş məşqçi: Böyükağa Hacıyev
“Xəzər Lənkəran”: 30. Toni Doblas, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 5. Elnur Allahverdiyev, 8. Eder Bonfim, 10. Elnur Abdullayev, 14. Rahid Əmirquliyev (k). 21. Radomir Todorov, 27. Adrian Skarlatake, 55. Ağabala Ramazanov, 99. Marin Orsuliç
Ehtiyat oyunçular: 25. Orxan Sadıqlı, 7. Sadio Tounkara. 9. Uğur Pamuk, 11. Dmitrios Sialmas, 17. Kazım Kazımlı, 20. Akif Tağıyev, 42. Kamran Abdullazadə,
Baş məşqçi: Con Toşak