Bu il Azərbaycanda magistratura, rezidentura və sınaq imtahanlarının vaxtı açıqlanıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015/2016-cı tədris ili üçün magistratura və rezidentura səviyyələrinə keçiriləcək imtahanların və tədbirlərin, eləcə də bakalavr səviyyəsi üçün sınaq imtahanlarının plan-qrafikini açıqlayıb.

APA-nın xəbərinə görə, imtahanların plan-qrafiki TQDK-nın saytında yerləşdirilib.

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ərizə qəbulu 3-12 fevral tarixlərində aparılacaq. Magitraturaya qəbul imtahanının 1-ci mərhələsi fevralın 22-də keçiriləcək. Proqram seçimi 1-10 aprel, qəbul imtahanının 2-ci mərhələsi isə aprelin 26-da reallaşacaq. 7-12 may tarixlərində magistraturaya ixtisaslaşma seçimi, 22-28 iyun tarixlərində isə boş qalan yerlərə ixtisaslaşma seçimi keçiriləcək.

Ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə isə ərizə qəbulu 16-23 fevral tarixlərində aparılacaq. Qəbul imtahanının 1-ci mərhələsi martın 15-də, ikinci mərhələsi isə iyulun 7-də keçiriləcək. Rezidentura üzrə ixtisaslaşma seçimi 10-14 iyul, boş qalan yerlərə ixtisaslaşma seçimi isə 21-24 iyul tarixlərində həyata keçiriləcək.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanları aprelin 5, 12, 19-da və mayın 3-də reallaşacaq.

​Qeyd edək ki, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları təsdiq edildikdən sonra bu təhsil müəssisələrinə keçiriləcək imtahanların və tədbirlərin plan-qrafiki elan ediləcək.
Şərhlər
Sosial bölməsinin xəbərləri