Bakıda təhlükəsizlik tədbirləri gücləndirildi: qapalı parklanma yerlərində avtomobillər yoxlanılır

Bakıda qapalı parklanma yerlərində təhlükəsizlik tədbirləri gücləndirilməsinə başlanılıb.

Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, artıq "Azadlıq" meydanında yerləşən ikimərtəbəli yeraltı parklanma yerində avtomobillər girişdə yoxlanılır.

Belə ki, giriş zamanı avtomobilin baqajı mühafizəçi tərəfindən yoxlanılır.

Mühafizəçi Trend-in əməkdaşı ilə söhbətində təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin yayda Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı olduğunu deyib.
Şərhlər
Sosial bölməsinin xəbərləri