Günay İbrahimli yeni mahnı üzərində çalışır

Türkiyədən yeni qayıdan məşhur müğənni Günay İbrahimli yeni mahnı üzərində çalışır.


Tamilla Hüseynəliyeva ilə işbirliyinə başlayan və üzərində daha da ciddi çalışacağını bildirən ifaçı "Huzur" adlı mahnı ilə tamaşaçılarının qarşısına çıxacaq.


Mahnının sözləri və musiqisi bir çox sevilən mahnıları ərsəyə gətirən Tural Bayraməliyeva məxsusdur.

Fikirlərini bizimlə bölüşən Günay bunun da digərləri kimi seviləcəyinə inandığını bildirib: "Tural bəy bu günə qədər bir çox mahnılar bəsdələyib, sözlər yazıb, amma mən hesab edirəm ki, bu mahnı onun ən çox uğur qazanacağı işi olacaq.

O, işinə çox ciddi yanaşan insandır, mən bilirəm ki, o da hər bir bəsəsi üçün mənim qədər həyəcan keçirir".

G. İbrahimli bundan əlavə olaraq bilirib ki, mahnı yaxın günlərdə radio dalğalarda səslənəcək.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri