S&P: Azərbaycan xarici ticarət balansının güclü göstəricilərini saxlayacaq
- 03.02.2015, 08:04,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan dünya bazarlarında neftin qiymətlərinin kəskin şəkildə düşməsinə baxmayaraq, yaxın 3 il ərzində xarici ticarət balansının güclü göstəricilərini qoruyub saxlayacaq.
Trend xəbər verir ki, bu barədə bazar ertəsi "Standard & Poor's" reytinq agentliyinin yaydığı Azərbaycanın suveren reytinqləri haqqında hesabatda deyilir.
Hesabatda bildirilir: "Neft və qaz ixracından asılı olan cari əməliyyat hesablarının (CƏH) balansı hər halda azalacaq. Lakin biz əvvəlki kimi hesab edirik ki, onun qiyməti müsbət qalacaq".
Agentliyin qiymətləndirmələrinə görə, 2015-ci ildə CƏH üzrə profisit azalacaq və 2014-cü ildəki 12 faizlə müqayisədə ÜDM-in bir faizini təşkil edəcək, qarşıdakı beş ildə orta hesabla 20 faizdən çox olacaq.
“S&P” CƏH üzrə 2016-cı ildə ÜDM-in 3,2 faizi, 2017-ci ildə 5,3 və 2018-ci ildə isə 2,5 faizi həcmində profisit proqnozlaşdırır.
Bundan əlavə, agentliyin analitikləri hesab edirlər ki, eləcə də avadanlıqların idxalını azaltmaq mümkündür, 2016-cı ildən isə balansın göstəriciləri neftin qiymətlərinin artması nəticəsində yaxşılaşacaq və uzunmüddətli perspektivdə yeni yataqlardan qaz hasilatının artması ilə dəstəklənəcək.
Hesabatda deyilir: "Yaxın 3-4 il ərzində Azərbaycanın CƏH və mümkün ehtiyatlar üzrə xarici maliyyələşdirmələrə ümumi tələbatı təxminən 80 faiz səviyyəsində və CƏH-dən daxilolma üzrə "dar" təmiz xarici aktivlər [dövlət və bank sektorlarının likvid xarici aktivləri minus xarici borc] təxminən 120 faiz səviyyəsində qalacaqlar”.
Agentliyin proqnozlarına görə, 2016-cı ildə xarici maliyyələşdirməyə ümumi tələbat CƏH və mümkün ehtiyatlar üzrə 79 faiz, 2017-ci ildə 77,2 faiz, 2018-ci ildə 81 faiz olacaq.