Peterburqda kafesi olan azərbaycanlı qətlə yetirilib
- 03.02.2015, 08:09,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Sankt-Peterburqdakı kafelərdən birində baş vermiş atışma zamanı iki nəfər həlak olub.
Trend "Baltİnfo" agentliyinə istinadən məlumat verir ki, atışma kafeyə gələnlərlə onun sahibi arasında yaranan mübahisə səbəbindən baş verib.
Nəticədə bir Gürcüstan vətəndaşı hadisə yerində, kafenin sahibi olan azərbaycanlı isə xəstəxanada vəfat edib.
İnsident fevralın 1-i səhər saat 04:00-da baş verib. Hazırda insidentin digər iştirakçıları müəyyənləşdirilir.
RF Cinayət Məcəlləsinin “Qətl” maddəsi üzrə cinayət işi açılıb.