SOCAR DESFA-nın səhmlərinin alınması prosesində əldə olunan irəliləyişi müsbət qiymətləndirib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Yunanıstanın DESFA şirkətinin səhmlərinin alınmasını növbəti dəfə şərh edib.

SOCAR-dan APA-ha verilən məlumata görə, dövlət şirkəti DESFA-nın səhmlərinin alınması prosesinin ilkin qiymətləndirilməsində Avropa Komissiyasının etdiyi qeydlərin nəzərə alınması ilə bağlı qarşılıqlı razılaşdırılmış qərarın işlənib hazırlanması məqsədilə Avropa Komissiyası ilə sıx əməkdaşlığı davam etdirir.

Avropa Komissiyası məsələnin nəzərdən keçirilməsinin formal dövrü çərçivəsində “saatı durdurub”. Bu isə tərəflərin hər ikisini qane edə bilən qərarın qəbul edilməsi və məsələnin Avropa Komissiyası tərəfindən gələcəkdə təhlil edilməsi üçün əlavə vaxt verəcək.

Prosesin bu şəkildə müvəqqəti dayandırılması şirkətlərin birləşməsi və ya alınması üzrə sövdələşmələrin nəzərdən keçirilməsi zamanı müşahidə olunan adi hallardan biridir. SOCAR yekun qərarın Avropa Komissiyasının preroqativi olduğu bu sövdələşmənin nəzərdən keçirilməsi prosesində bu günə kimi əldə olunmuş irəliləyişi müsbət qiymətləndirir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri