UEFA “Qarabağ” futbol klubunun şikayətini təmin etməyib

UEFA-nın “Qarabağ” futbol klubunun müraciəti ilə bağlı uzun müddətdir gözlənilən qərarı açıqlanıb.

APA-nın məlumatına görə, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin son turunda “İnter”lə keçirdiyi oyunda təmiz qolunun çexiyalı hakim Miroslav Zelinka tərəfindən qeydə alınmaması ilə bağlı müraciətinə baxılıb.

UEFA-nın iclasında Ağdam klubunun şikayəti təmin edilməyib. Oyunun təkrar keçirilmə və ya qolun sayılma variantı isə baş tutmayacaq. Bundan başqa, kobud səhvə yol verdiyi üçün Zelinka da cəzalandırılmayacaq.

Qeyd ki, “Qarabağ” – “İnter” matçının son saniyələrində Riçard Almeyda toru silkələsə də, Zelinka epizodu ofsayd kimi qiymətləndirərək, qolu saymamışdı. Nəticədə “köhlən atlar” qrupda 3-cü yeri tutaraq, Avroliqada mübarizəni dayandırmışdılar.
Şərhlər
İdman bölməsinin xəbərləri