İki gün öncə meyiti tapılan iki nəfərin şəxsiyyəti məlum olub
- 06.02.2015, 00:31,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakının Yasamal rayonunda tapılan iki kişi meyitinin şəxsiyyəti müəyyənləşib.
Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində meyiti tapılan şəxslərin 1983-cü il təvəllüdlü Elçin Zəki oğlu Əlibəyov və 1991-ci il təvəllüdlü Abbas Vahid oğlu Məmmədli olduğu müəyyən edilib.
Polisdən meyiti tapılan şəxslərin ölüm səbəbinin hələlik məlum olmadığı bildirilib.
Qeyd edək ki, hadisə fevralın 3-də Tbilisi prospekti ev 45 ünvanında qeydə alınıb.