Rəsmi məlumat: Tərtərdə 8 polis əməkdaşı xəsarət alıb, polisə hücum edənlərdən 6 nəfəri saxlanılıb
- 06.02.2015, 12:17,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Tərtər rayonunda polisə
hücum edənlərdən 6 nəfəri saxlanılıb.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluqdan APA-ya daxil
olan birgə məlumatda qeyd olunur ki, 2015-ci il fevralın
4-də Tərtər Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama
Yerində Cinayət Məcəlləsinin 234.2-ci (satış məqsədi ilə
narkotik vasitələri əldə etmə və saxlama) maddəsi ilə
təqsirli bilinərək saxlanılan Ağdam rayon sakini Səbuhi
Dünyamalıyev mələfə ilə özünü asıb.
Bununla əlaqədar ərazidə məskunlaşmış Ağdam rayon
sakinlərindən 80-100 nəfər Polis Şöbəsinə hücum
edərək ictimai asayişin kobud şəkildə pozulması ilə
nəticələnən qanunsuz hərəkətlər törədib və inzibati
binaya maddi ziyan vurub.
Dərhal görülmüş operativ tədbirlərlə hüquqazidd
əməllərin qarşısı qətiyyətlə alınıb, bu zaman xidməti
vəzifələrini yerinə yetirən 8 polis əməkdaşına müxtəlif
dərəcəli bədən xəsarətləri yetirilib.
Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin
125-ci (özünü öldürmə həddinə çatdırma) və 315.1-ci
(xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar
hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri
ilə cinayət işləri başlanılaraq zəruri və təxirəsalınmaz
istintaq hərəkətləri, əməliyyat-axtarış tədbirləri həyata
keçirilib, Polis Şöbəsinə hücum edib əməkdaşlara
xəsarət yetirən 6 nəfərin şəxsiyyəti
müəyyənləşdirilərək saxlanılıb.
Qeyd olunub ki, mərhumun yaxın qohumlarının xahişi
və iştirakı ilə meyit məhkəmə-tibb ekspertləri
tərəfindən komission qaydada ekspertizadan keçirilib
və müayinə zamanı meyitin bədən səthində və daxili
orqanlarında boyun nahiyəsində stranqulyasion
şırımdan başqa zorakılıqla yetirilməyə xarakterik digər
hər hansı xəsarət izləri aşkar edilməyib.
Həmçinin, Daxili İşlər Nazirliyinin müvafiq xidmətləri
tərəfindən yerində aparılan ilkin araşdırmalarla həmin
gün Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində xidmət
aparan nəzarətçi polis əməkdaşının öz vəzifəsinin
icrasına laqeyd münasibəti müəyyən edilib və o, daxili
işlər orqanlarından xaric olunub. Bununla yanaşı, onun
hərəkətlərinə hüquqi qiymət verilməsi üçün rayon
prokurorluğunda araşdırmalar aparılır.
Hazırda Tərtər rayonunda ictimai asayiş tam sabitdir
və kriminogen duruma nəzarət olunur.