FİFA prezidentliyinə namizədlər təsdiq olunub

Beynəlxalq Futbol
Assosiasiyaları Federasiyasının (FİFA)
seçki komissiyası təşkilatın
prezidentliyinə namizədlərini təsdiq
edib.

APA-nın BBC-yə istinadən
məlumatına görə, bunlar FİFA-nın
hazırkı başçısı Yozef Blatter, 2001-ci
ildə "Qızıl top” mükafatına layiq
görülmüş keçmiş futbolçu Luiş Fiqu,
İordaniya şahzadəsi Əli bin Əl-
Hüseyn və Niderlandın Kral futbol
ittifaqının başçısı Mixael van
Praaqdır.

Seçkilər aprelin 29-da İsveçrənin
Sürix şəhərində FİFA-nın
konqresində keçiriləcək. Qeyd edək
ki, Yozef Blatter 1998-ci ildən bəri
FİFA-nın prezidenti postunu tutur.
Şərhlər
İdman bölməsinin xəbərləri