AFFA-nın prezidenti Rövnəq Abdullayev ölkə Kubokunun final matçında baş verənlərə münasibət bildirib
- 29.05.2013, 09:22,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Çox gözəl oyun oldu. Bərabər mübarizə getdi. Şəxsən mənim xoşuma gəldi”.
APA-nın verdiyi məlumata görə, bunu Azərbaycan Kubokunda “Neftçi” və “Xəzər Lənkəran” komandaları arasındakı final matçı barədə jurnalistlərə açıqlamasında AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.
O bildirib ki, 11 metrlik zərbələrlə qələbə bəxtdən asılıdır. Abdullayev “Xəzər Lənkəran”ın oyunundan yaxşı mənada təəccübləndiyini etiraf edib. AFFA prezidenti Azərbaycanı 2013-2014-cü il mövsümündə Avropa kuboklarında təmsil edəcək klublarımızın yüksək səviyyəli oyun sərgiləyəcəklərinə inam ifadə edib: “Bizim üçün ən əsası, qitə arenalarında yaxşı oynamaqdır. İnanıram ki, klublarımız bizi sevindirəcəklər”.
O, oyundan sonra baş verənlərə isə belə münasibət bildirib: “Meşə çaqqalsız olmaz”.
Eyni zamanda Dövlət Neft Şirkətinin prezidenti olan Abdullayev 2017-ci ilədək UEFA bayrağı altında keçirilən yarışlardan Çempionlar Liqası və Avropa Liqasına yox, yığma komandalar səviyyəsində turnirlərə sponsorluq edəcəklərini bildirib.