Fransua Olland: “Yaxın saatlar Minsk razılaşmalarının yerinə yetirilməsində həlledici olacaq”
- 13.02.2015, 00:31,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Yaxın saatlar Minsk razılaşmalarının yerinə yetirilməsində həlledici olacaq”.
APA-nın “Le Fogaro”ya istinadən verdiyi məlumata görə. bunu Minsk danışıqlarının əsas iştirakçılarından biri olan Fransa prezidenti Fransua Olland Avropa İttifaqının Brüsseldə keçirilən sammitinə gedərkən deyib.
F. Olland bildirib ki, Minsk sazişi Ukraynada dayanıqlı sülhə təminat vermir və yaxın saatlar bu baxımdan həlledici olacaq: “Bu, o deməkdir ki, biz bundan sonra da ayıq-sayıq olmalı və təzyiq göstərməyə davam etməliyik”.
Fransa prezidenti yaxın saatlar üçün konkret nəyin həlledici olduğunu dəqiqləşdirməyib.