Türkiyənin xarici işlər naziri fevralın 24-də Azərbaycana rəsmi səfər edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fevralın 24-də Azərbaycana rəsmi səfər edəcək.

Bu barədə APA-ya Türkiyə Xarici İşlər Nazirliyinin İnformasiya İdarəsindən məlumat verilib.

Səfər iki gün davam edəcək.

Türkiyə XİN başçısının Azərbaycana səfəri zamanı ikitərəfli əməkdaşlıq perspektivləri, eləcə də regional və beynəlxalq səviyyədə hazırda maraq doğuran bir sıra məsələlər müzakirə olunacaq.
Şərhlər
Siyasət bölməsinin xəbərləri