"Ərəb baharı" turizmə 15 milyard dollar ziyan vurdu
- 29.05.2013, 09:39,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bəzi Yaxın Şərq ölkələrindəki qarşıdurmalar nəticəsində bölgəyə gələn turistlərin sayı xeyli azalıb. Bu barədə Trend "Zaman" qəzetinə istinadən məlumat verir.
Ərəb Turizm Təşkilatının rəhbəri Bəndər əl-Fuheyd bölgədə davam edən siyasi gərginlikdən sonra turistlərdə ərəb ölkələrinə yenidən etibar yaratmağın çətin olduğunu söyləyib. O, "ərəb baharı" səbəbindən 3 milyonu Misirdə olmaqla bölgənin 10 milyon turist itirdiyini bildirib.
Əl-Fuheyd turist axınının azalması nəticəsində turizm sektoruna ümumilikdə 15 milyard dollar ziyan dəydiyini və bu sahədə çalışan xeyli işçinin işdən çıxarıldığını qeyd edib.