Bakıda iki sərnişin avtobusu toqquşub, iki nəfər xəsarət alıb
- 15.02.2015, 01:05,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda yol qəzası baş verib.
Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 51 saylı marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu digər avtobusla toqquşub. Hadisə nəticəsində 51 saylı avtobusda olan sərnişinlər 1962-ci il təvəllüdlü Ədalət Cahangir oğlu İsmayılov və 1967-ci il təvəllüdlü Rövşən Nizami oğlu Hüseynov müxtəlif bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
***
Bakıda iki sərnişin avtobusu toqquşub, bir neçə nəfər xəsarət alıb
Bakıda yol qəzası baş verib.
Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayon ərazisində yerləşən “Nargilə” kafesinin qarşısında qeydə alınıb.
Qəza zamanı iki “Daewoo” markalı sərnişin avtobusu toqquşub.
İlkin məlumata görə, qəza zamanı bir neçə nəfər xəsarət alıb.