Bakı-Qazax yolunda iki “Shacman” toqquşub, sürücülərdən biri ölüb

Bakı-Qazax avtomobil yolunun 73-cü kilometrliyində “Shacman” markalı iki yük avtomobili toqquşub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə Nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobillərdən birinin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Xilasedicilər deformasiya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyiti çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Şərhlər
Hadisə bölməsinin xəbərləri