"Neftçi" və "Qarabag" bir yolu getdilər

"Neftçi" və "Qarabag" bir yolu getdilər Azərbaycan Premyer Liqasında 22-ci turun oyunları keçirilib.

Trend-in məlumatına görə, turun bütün görüşləri bu gün baş tutub.

Turun açılış matçında "Sumqayıt" və AZAL üz-üzə gəlib. Sumqayıt şəhər stadionunda keçirilən görüşdə hesab açılmayıb.

Günün digər qarşılaşması paytaxtda keçirilib. "İnter Arena"da "İnter" "Bakı"nı qəbul edib. Oyun meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb – 4:0.

Lider "Qarabağ" öz meydanında "Simurq"u sınağa çəkib. "Qarabağ" növbəti qələbə qazanmaqla çempionluq üçün şanslarını daha da artırıb.

Turun maraq doğuran digər oyunu Qəbələdə baş tutub. Burada yerli "Qəbələ" "Neftçi" ilə münasibətlərinə aydınlıq gətirib. "Qəbələ" ilk hissədə fasiləyə üstün yollansa da, "Neftçi" ikinci hissədə üş top vurmaqla qələbəni təmin edib.

Hazırda Qarabağ" 43 xalla birinci, "İnter" 39 xalla ikinci, "Neftçi" isə 33 xalla üçüncü pillədə qərarlaşıblar.
Şərhlər
İdman bölməsinin xəbərləri