Bu il magistraturada təhsil almaq üçün 23230 bakalavr sənəd verib
- 16.02.2015, 11:56,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
2015/2016-cı tədris ili üçün ali təhsil
müəssisələrinin
magistraturalarına sənəd qəbulu
başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının mətbuat katibi Elnur
Nağızadə APA-ya açıqlamasında
deyib ki, bu il magistraturada təhsil
almaq üçün 23230 nəfər sənəd verib.
Onlardan 20705-i Azərbaycan, 2525-i
rus bölməsinin məzunlarıdır.
Qəbul imtahanında iştirak etmək
üçün bakalavrların ərizələrinin
qəbulu fevralın 3-dən 12-dək
internet vasitəsi ilə aparılıb. Qəbul
imtahanı test üsulu ilə iki mərhələdə
keçiriləcək. Birinci mərhələdə
bakalavrların ümumi intellektinin
(məntiqi təfəkkürünün) inkişaf
səviyyəsi, informatika fənnini və
xarici dili bilmə səviyyəsi, ikinci
mərhələdə isə onların seçdikləri
qəbul proqramı əsasında ixtisas üzrə
bilikləri yoxlanacaq. Magistraturaya
qəbul imtahanının birinci mərhələsi
fevralın 22-də, ikinci mərhələsi
aprelin 26-da keçiriləcək. İmtahanlar
Bakı, Naxçıvan, Gəncə və Lənkəran
şəhərlərində təşkil olunacaq.