ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Azərbaycana gəlir

ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Azərbaycana gəlir.

APA-nın məlumatına görə, ABŞ rəsmisi səfər müddətində ölkə rəhbərliyi ilə danışıqlar aparacaq.

Danışıqlarda Azərbaycan-ABŞ münasibətlərinin hazırkı vəziyyəti, əməkdaşlığın perspektivləri, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, regional problemlər və s. məsələlərin müzakirə olunacağı gözlənilir.

V. Nulandın səfər proqramının detalları hələlik açıqlanmır.
Şərhlər
Siyasət bölməsinin xəbərləri